“Mançester Siti” hamıdan qabağa düşdü

"Mançester Siti" yanvar ayında Semenyonu heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.

"Liverpul", "Tottenhem" və "Mançester Yunayted" klublarıda Semenyonu transfer etmək istəyir, lakin sözügedən oyunçu "şəhərlilər"in düşərgəsinə qoşulmaq istəyir.

Qeyd edək ki, Semenyo cari mövsüm çıxış etdiyi 12 oyunda 6 qol, 3 məhsuldar ötürmə müəllifi olub.