“Mançester Siti” ingiltərəli futbolçusu ilə bağlı qərar verib
“Mançester Siti”nin ingiltərəli futbolçusu Kayl Uolker mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda məlumatı “Mail Sport” nəşri yayıb.
Uolker “Mançester Siti”dən ayrılmaq fikrində qətidir.
Qeyd edək ki, 34 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
K.Uolkerin hazır ki dəyəri “Transfermarkt” portalına görə 10 milyon avrodur.