"Mançester Siti" ingiltərəli futbolçusu ilə vidalaşır
"Mançester Siti" ingiltərəli futbolçusu Ceyms Makate ilə yollarını ayırmaq qərarına gəlib.
Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Makateni 25 milyon avro qarşılığında satmağa hazırdır.
22 yaşlı futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Makate bu mövsüm çıxış etdiyi 25 matçda 7 qolla yadda qalıb.