"Mançester Siti" ingiltərəli futbolçusu ilə yollarını ayırır

"Mançester Siti" ingiltərəli futbolçusu Cek Qrilişlə bağlı qərar verib.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Qrilişi mövsümün sonunda satmaq niyyətindədir.

29 yaşlı futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Qrilişin transfer qiyməti 50 milyon avro olaraq qiymətləndirilir.

O bu mövsüm çıxış etdiyi 26 matçda 2 qol və 5 asistlə yadda qalıb.

Cek Qriliş 2021-ci ilin yayında "Aston Villa"dan "Mançester Siti"yə 117.5 milyon avro qarşılığında transfer olmuşdu.