"Mançester Siti" "Qarabağ"ın rəqibinə şans vermədi
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” İngiltərə liqa kubokunda mübarizəni dayandırıb.
QOL.az xəbər verir ki, komanda yarımfinalda “Mançester Siti” ilə bacarmayıb.
İlk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan “Nyukasl” cavab görüşündə də məğlub olub - 1:3.
"Mançester Siti" – "Nyukasl" - 3:1
Qollar: Marmuş, 7; 29. Reynders, 32 – Elanqa, 62.
(ilk oyun – 2:0)
“Mançester Siti” finalda “Arsenal”la qarşılaşacaq.