"Mançester Siti" "Porto"ya elçi düşüb

"Mançester Siti" "Porto"nun qapıçısı Dioqo Kosta ilə yaxından maraqlanır.

Sportline.az "Correio da Manha" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi D.Kostanın meneceri ilə danışıqlara başlayıb.

25 yaşlı kiperin "Porto" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Dioqo Kostanın transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.