"Mançester Siti" "Real Madrid"dən 60 milyon avro tələb edir

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "Real Madrid"ə transfer olmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

"Şəhərlilər" Rodri üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki, İspaniya millisinin üzvü "Mançester Siti"yə 2019-cu ilin yayında "Atletiko"dan 70 milyon avro qarşılığında transfer olunmuşdu.