"Mançester Siti" "Real Madrid"ə 70 milyon avro ödəməyə hazırdır
"Mançester Siti" yanvar ayında Rodriqo üçün "Real Madrid"ə 70 milyon avro ödəməyə hazırdır.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
24 yaşlı futbolçu Madrid klubundan ayrılmaq istəyir. Buna səbəb az forma şansı əldə etməsidir.
Qeyd edək ki, Rodriqo bu mövsüm cəmi 452 dəqiqə meydanda olub. Aktivində 3 məhsuldar ötürmə var.