"Mançester Siti" Rodri ilə vidalaşır

"Mançester Siti" yayda Rodri ilə yollarını ayırmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi "Real Madrid"ə keçmək niyyətindədir.

Qeyd edək ki, Rodri cari mövsüm meydana çıxdığı 33 matçda 2 qolla yadda qalıb.

"Şəhərlilər" ispaniyalı futbolçu üçün 52 milyon avro tələb edir.