“Mançester Siti” Savinyonu satmayacaq

"Mançester Siti" brazilyalı futbolçusu Savinyonu satmaq niyyətində deyil.

Sportline.az xəbər verir ki, "Tottenhem" 21 yaşlı sağ cinah vingeri üçün 70 milyon avro təklif etsə də, qarşı tərəf bunu rədd edib.

Belə olduğu halda "Mançester Siti" "Real Madrid"in ulduzu Rodriqonu transfer etməyəcək.

Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.