"Mançester Siti" Uolkerə əvəzləyici tapıb

"Mançester Siti"nin ingiltərəli futbolçusu Kayl Uolker mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, K.Uolker klubdan ayrılarsa, onun yerinə "Nottingem Forest"in futbolçusu Ola Ayina transfer olunacaq.

Ola Ayinanın hazır ki dəyəri "Transfermarkt" portalına görə 14 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, 28 yaşlı futbolçu cari mövsüm "Nottingem"in heyətində çıxış etdiyi 19 matçda 2 qolla yadda qalıb.