“Mançester Siti”də ayrılıq gözlənilir
“Mançester Siti”nin qapıçısı Ceyms Trafford qışda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, 23 yaşlı oyunçu daha çox oynaya biləcəyi kluba keçmək istəyir.
Bu haqda jurnalist Cek Qauqnan məlumat yayıb.
C.Trafford bu mövsüm 6 rəsmi matçda iştirak edib və qapısında 7 top görüb.
Qeyd edək ki, “Mançester Siti”nin əsas qapıçısı Canluici Donnaruma sayılır.