“Mançester Siti”də qışda ayrılıq gözlənilir

“Mançester Siti”nin mərkəz müdafiəçisi Natan Ake qışda komandadan ayrıla bilər.

Sportline.az xəbər verir ki, “Kristal Pelas”, “İnter” və “Yuventus” 30 yaşlı futbolçuya elçi düşüb.

Bu haqda “Caught Offside” nəşri məlumat yayıb.

Qeyd edək ki, Akenin dəyəri 22 milyon avrodur.