“Mançester Siti”dən Semenyo həmləsi

“Bormunt”un qanalı hücumçusu Antonio Semenyo “Mançester Siti”nin transfer hədəfindədir.

Sportline.az xəbər verir ki, “şəhərlilər” yanvar ayında 25 yaşlı futbolçunu transfer etmək istəyir.

Bu haqda jurnalist Poul Coys məlumat yayıb.

Qeyd edək ki, Semenyonun transfer qiyməti 65 milyon avrodur.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 oyunda 6 qol, 3 asistlə yadda qalıb.