"Mançester Siti"dən transfer bombası
"Mançester Siti" yayda "Real Madrid"in ulduzu Vinisius Junioru transfer etməyə çalışacaq.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Saşa Tavolieri məlumat yayıb.
25 yaşlı futbolçunun transfer qiyməti 150 milyon avrodur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı klublarıda Vinini transfer etmək istəyir.
Brazilya millisinin üzvü bu mövsüm meydana çıxdığı 22 matçda 6 qol, 5 məhsuldar ötürmə müəllifi olub.