"Mançester Siti"nin əsas hədəfi
"Mançester Siti" "Bayer"in almaniyalı ulduz futbolçusu Florian Virtsi transfer etmək istəyir.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu Virts üçün "Bayer"lə danışıqlara başlayıb.
21 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Virtsin hazır ki transfer qiyməti 140 milyon avro olaraq təyin olunub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 15 qol və 13 məhsuldar ötürmə müəllifi olub.