"Mançester Siti"nin Gimarayeş sevdası
"Nyukasl Yunayted"in brazilyalı futbolçusu Bruno Gimarayeş mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, "Mançester Siti" B.Gimarayeş üçün mövsümün sonunda "Nyukasl"a rəsmi təklif göndərəcək.
27 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 70 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Bruno Gimarayeşin "Nyukasl Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 3 qol və 8 asistlə yadda qalıb.