"Mançester Siti"nin gözü "Nyukasl"ın müdafiəçisinə düşüb
"Mançester Siti" yay heyətinə yeni mərkəz müdafiəçisi transfer edəcək.
Sportline.az xəbər verir ki, əsas hədəf "Nyukasl Yunayted"in stopperi Tino Livramentodur.
Bu haqda jurnalist Ben Yakops məlumat yayıb.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm meydana çıxdığı 8 oyunda 1 asistlə yadda qalıb.