"Mançester Siti"nin kapitanı gəmisini tərk edə bilər

Bernardo Silva mövsümün sonunda “Mançester Siti”dən ayrılmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi müqaviləsi başa çatdıqdan sonra klubdan ayrılmaqda qətidir və Premyer Liqadakı olduqca uğurlu karyerasını geridə qoymağa hazırlaşır. 

Bu haqda insayder Fabrizio Romano bu məlumatı yayıb.

Pep Qvardiolanın komandasında hələ də əsas fiqurlardan biri olan Silva bu mövsüm 33 oyunda meydanda olub.