“Mançester Siti”nin qış üçün hədəfi
“Mançester Siti” yanvar ayında heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az “Sky Sports”a istinadən xəbər verir ki, “Ayntraxt”ın misirli futbolçusu Omar Marmuş karyerasını “Mançester Siti”də davam etdirə bilər.
Mançester klubunun rəhbərliyi bu keçid üçün “Ayntraxt”a 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Marmuşla PSJ-də yaxından maraqlanır.
O cari mövsüm “Ayntraxt”ın heyətində çıxış etdiyi 24 matçda 18 qol və 12 asistlə yadda qalıb.