"Mançester Siti"nin ulduzu PSJ-nin radarına düşüb
"Mançester Siti"nin belçikalı futbolçusu Kevin De Brüynenin mövsümün sonunda klubdan ayrılacağı dəqiqləşib.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Paris Sen-Jermen" K.De Brüyneni azad agent kimi heyətinə qatmağı düşünür.
Paris klubu 33 yaşlı yarımmüdafiəçiyə 1 illik müqavilə təklif edib.
Qeyd edək ki, Kevin De Brüyne bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 32 matçda 4 qol və 7 asistlə yadda qalıb.