“Mançester Yunayted” 20 yaşlı oyunçu ilə maraqlanır

"Mançester Yunayted" "Palmeyras"ın brazilyalı futbolçusu Vitor Rokeni heyətinə qatmağı düşünür.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Brazilya klubu bu keçid üçün qarşı tərəfdən 35 milyon avro tələb edir.

Rokenin meneceri Mançester klubu ilə təmas halındadır. Transfer yanvar ayında reallaşa bilər.

Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm meydana çıxdığı 52 oyunda 20 qol, 5 məhsuldar ötürmə müəllifi olub.