"Mançester Yunayted" 22 yaşlı futbolçu ilə maraqlanır
"Mançester Yunayted" "İpsviç"in ingiltərəli futbolçusu Liam Delapı heyətinə qatmağı planlaşdırır.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" L.Delap üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.
22 yaşlı futbolçunun "İpsviç"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Delap cari mövsüm çıxış etdiyi 35 matçda 12 qol 2 asistlə yadda qalıb.