"Mançester Yunayted" 22 yaşlı futbolçu ilə maraqlanır
"Mançester Yunayted" heyətinə yeni yarımmüdafiəçi transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, "Nottingem Forest"in 22 yaşlı futbolçusu Elliot Anderson Mançester klubunun əsas transfer hədəfidir.
Bu haqda "Mirror Football" nəşri məlumat yayıb.
İngiltərəli oyunçunun transfer qiyməti 75 milyon avrodur.
Qeyd edək ki, E.Andersonun "Nottingem"lə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
O, cari mövsüm meydana çıxdığı 10 matçda 1 asistlə yadda qalıb.