"Mançester Yunayted" almaniyalı hücumçunun transferində maraqlıdır
"Mançester Yunayted" yanvar ayında Karim Adeyemini transfer etməyi hədəfləyir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.
23 yaşlı futbolçu İngiltərə çıxış etmək istəyir, lakin son qərarı "Borussiya Dortmund"un rəhbərliyi verəcək.
Qeyd edək ki, K.Adeyemi cari mövsüm meydana çıxdığı 19 oyunda 3 qol, 5 asistlə yadda qalıb.