"Mançester Yunayted" almaniyalı yarımmüdafiəçini istəyir

"Mançester Yunayted" "Borussiya Münhenqlaxba"nın futbolçusu Rokko Reytzi heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb. 

23 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 35 milyon avrodur.

Qeyd edək ki, R.Reytzi cari mövsüm meydana çıxdığı 24 matçda 2 asistlə yadda qalıb.