"Mançester Yunayted" argentinalı futbolçu üçün 70 milyon avro tələb edir
"Mançester Yunayted" argentinalı futbolçusu Alexandro Qarnaço üçün 70 milyon avro tələb edir.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Napoli" klubu Qarnaçonu transfer etmək niyyətindədir.
20 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Qarnaço bu mövsüm çıxış etdiyi 31 matçda 8 qol və 5 asistlə yadda qalıb.