"Mançester Yunayted" belçikalı futbolçu üçün hərəkətə keçib
"Mançester Yunayted" klubu "Leipziq"in belçikalı futbolçusu Artur Vermeren üçün rəsmi təklif göndərməyə hazırlaşır.
Sportline.az "Sports Courant"a istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi bu keçid üçün "Leipziq"ə 25 milyon avro ödəməyə hazırdır.
Arturun "Leipziq"lə müqaviləsi mövsümün sonunda başa çatacaq. "Mançester Yunayted" 19 yaşlı futbolçunu yanvar ayında heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Artur Vermeren bu mövsüm 20 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.