"Mançester Yunayted" brazilyalı futbolçu ilə maraqlanır
"Mançester Yunayted" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, "Atalanta"nın brazilyalı futbolçusu Ederson karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Edersonun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçinin "Atalanta" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.