"Mançester Yunayted" brazilyalı futbolçunu transfer etmək istəyir

"Mançester Yunayted" "Vulverhempton"un brazilyalı yarımmüdafiəçisi Joao Qomezi transfer etməyi planlaşdırır.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "mankunyanlar" qışda "Vulverhempton"a rəsmi təklif göndərəcək.

24 yaşlı oyunçunun transfer qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm meydana çıxdığı 14 matçda 1 asistlə yadda qalıb.