"Mançester Yunayted" bu futbolçuya görə 37 milyon avro ödəməyə hazırdır

"Leççe"nin danimarkalı futbolçusu Patrik Dorqu karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az insayder Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" Patrik Dorqu üçün "Leççe"yə 37 milyon avro təklif edib.

20 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 23 matçda 3 qol və 1 asistlə yadda qalıb.

Qeyd edək ki, Dorqunun "Leççe" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.