“Mançester Yunayted” bu keçid üçün 100 milyon avro ödəməyə hazırdır
“Mançester Yunayted” yarımmüdafiəçi Kenan Yıldızın transferində rəqibləri qabaqlamağı planlaşdırır və futbolçu üçün 100 milyon avro təklif etməyə hazırdır.
Sportline.az xəbər verir ki, oyunçu ilə “Arsenal” da maraqlanır.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
20 yaşlı Yıldız İngiltərə Premyer Liqası klublarının hədəfinə çevrilib, çünki o, hələ “Yuventus” ilə uzunmüddətli müqavilə imzalamayıb.
Tərəflər bir neçə danışıqlar raundu keçirsə də, razılıq əldə olunmayıb.