"Mançester Yunayted" çempion, Edin Dzeko "ən yaxşı" oldu
UEFA Avropa Liqasında 2016/2017-ci il mövsümünə yekun vurulub. SportLine.az xəbər verir ki, yarış "Mançester Yunayted"in çempionluğu ilə yekunlaşıb.
Ən yaxşı bombardir isə "Roma"nın hücumçusu Edin Dzeko olub. 8 dəfə rəqib qapılarına yol tapan futbolçu "Zenit"in hücumçusu Juliano ilə şərik olsa da, E.Dzeko daha az vaxta - 524 dəqiqədəyə 8 qol vurduğu üçün mövsümü bombardir kimi bitirib.
Üçüncü yeri aktivində 7 qol olan "Atletik"in forvardı Arits Aduris tutub. Hesabında 6 qol olan "Lion"un hücumçusu Aleksandr Lakazett və "Ayaks"ın hücumçusu Kasper Dolberq növbəti sıralarda qərarlaşıb.