“Mançester Yunayted” dəyəri 300 min avro olan futbolçunu heyətinə qatmaq istəyir

“Malmö” klubunun futbolçusu Melker Ellborq “Mançester Yunayted”in transfer siyahısında yer alır.

Sportline.az xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Ruben Amorim 22 yaşlı qapıçının transferini rəhbərliktən tələb edib.

Bu haqda “Sun Sport” nəşri məlumat yayıb.

Qeyd edək ki, “Mançester Yunayted” Altay Bayındırla yollarını ayırmaq istəyir.