"Mançester Yunayted" futbolçusunu 40 milyon avroya satmaq niyyətindədir
"Mançester Yunayted" argentinalı futbolçusu Alexandro Qarnaçonu 40 milyon avroya satmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ceyms Duker məlumat yayıb.
"Çelsi" 21 yaşlı futbolçu ilə ciddi şəkildə maraqlanır.
Qeyd edək ki, "Napoli" klubu isə, Qarnaço transferindən vaz keçib.
Oyunçunun klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.