“Mançester Yunayted” futbolçusunu 60 milyona satacaq

"Mançester Yunayted" argentinalı futbolçusu Alexandro Qarnaço ilə bağlı qərar verib.

Sportline.az jurnalist Ceyms Dukerin məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" Qarnaçonu 60 milyon avro qarşılığında satmağa hazırdır.

20 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, A.Qarnaço bu mövsüm çıxış etdiyi 58 matçda 11 qol 10 asistlə yadda qalıb.