“Mançester Yunayted” ingiltərəli futbolçu ilə maraqlanır

 

“Everton”un ingiltərəli futbolçusu Dominik Kalvert Luyin “Mançester Yunayted”in transfer hədəfinə çevrilib.

Sportline.az  “TBR Football” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” Kalvert Luyini azad agent kimi heyətinə qatacaq.

28 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 22 matçda 3 qol və 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Kalvert Luyinin “Everton”la müqaviləsi mövsümün sonunda başa çatacaq.