"Mançester Yunayted" ingiltərəli futbolçu üçün 70 milyon avro tələb edir
"Mançester Yunayted" ingiltərəli futbolçusu Kobi Meynonun transfer qiymətini açıqlayıb.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Meyno üçün 70 milyon avro tələb edir.
"Çelsi" 19 yaşlı futbolçunu transfer etmək istəyən klubların siyahısında yer alır.
Qeyd edək ki, Meynonun "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.