"Mançester Yunayted" ingiltərəli futbolçusu ilə yola davam edəcək

"Mançester Yunayted"in ingiltərəli futbolçusu Hari Maquayr klubla yeni müqavilə imzalamağa yaxındır.

Sportline.az "Sunday Express" nəşrinə istinadən xəbər verir ki, Maquayr "Mançester Yunayted"lə 1 illik yeni müqavilə imzalayacaq.

İngiltərə klubunun rəhbərliyi təcrübəli müdafiəçi ilə yola davam etmək qərarına gəlib.

Qeyd edək ki, H.Maquayrın İngiltərə klubu ilə hazır ki müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.