"Mançester Yunayted" isveçli futbolçu üçün "Arsenal"la yarışa girdi
"Mançester Yunayted" isveçli forvard Viktor Gyökeresi transfer etmək üçün "Arsenal"la yarışa girib.
Sportline.az xəbər verir ki, bu haqda "Daily Mirror" nəşri məlumat yayıb.
27 yaşlı futbolçunun transfer qiyməti 70 milyon avrodur.
Qeyd edək ki, "Arsenal" bu məbləği "Sportinq"ə ödəməyə hazırdır.
Sözü gedən futbolçunun Portuqaliya klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Xatırladaq ki, Gyökeres ötən mövsüm meydana çıxdığı 52 matçda 54 qol 12 məhsuldar ötürmə müəllifi olub.