"Mançester Yunayted" kolumbiyalı futbolçunun xidmətində maraqlıdır
"Mançester Yunayted" "Kristal Pelas"ın sağ cinah müdafiəçisi Daniel Munyozun xidmətində maraqlıdır.
Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar" 29 yaşlı oyunçunu transfer etmək üçün hərəkətə keçib.
Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
Qeyd edək ki, Kolumbiya millisinin üzvü cari mövsüm meydana çıxdığı 23 matçda 4 qol, 2 asistlə yadda qalıb.