“Mançester Yunayted” “Kristal Pelas”a 100 milyon avro ödəməyə hazırdır

"Mançester Yunayted" Adam Varton üçün "Kristal Pelas"a 100 milyon avro ödəməyə hazırdır.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçinin London klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, A.Varton cari mövsüm çıxış etdiyi 21 matçda 3 asistlə yadda qalıb.