"Mançester Yunayted" kuboka sahib çıxdı
İngiltərə Federasiya Kubokunda 2015/2016 mövsümünün qalibi müəyyənləşib. SportLine.az xəbər verir ki, həlledici matçda "Kristal Pelas" və "Mançester Yunayted" komandaları üz-üzə gəlib. Gərgin mübarizənin sonunda qalib əlavə vaxtda müəyyənləşib. Xesse Linqardın qolu "Qırmızı şeytanlar"a qələbə bəxş edib.
21 may 2016
Federasiya Kuboku
FİNAL
"Kristal Pelas" - "Mançester Yunayted" - 1:2
QOLLAR: Punçeon, 78 (1:0); Xuan Mata, 81 (1:1); Linqard, 110 (1:2)
QIRMIZI VƏRƏQƏ: Smollinq, 105+1