"Mançester Yunayted" "Leççe"yə 30 milyon avro təklif edib

"Mançester Yunayted" "Leççe"nin danimarkalı futbolçusu Patrik Dorqu üçün rəsmi təklif göndərib.

Sportline.az "The Athletic" qəzetinə istinadən xəbər verir ki, İngiltərə klubu bu keçid üçün "Leççe"yə 30 milyon avro təklif edib.

Dorqu "Mançester Yunayted"də çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, 20 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 22 oyunda 3 qol və 1 asistlə yadda qalıb.

Patrikin "Leççe" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.