"Mançester Yunayted" - "Lion": Heyətlərdəki son durum
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Sportline.az xəbər verir ki, turnirin əsas favoritlərindən sayılan “Mançester Yunayted” “Old Trafford”da “Lion”la qarşılaşacaq. Fransada ilk oyun 2:2 hesablı bərabərliklə başa çatmışdı.
Heyətlərə nəzər saldıqda “Mançester Yunayted”də itkilərin sayı kifayət qədərdir. Conni Evans, Lisandro Martinez, Matyas De Lixt, Tobi Kollyer, Amad Diallo və Coşua Zirkze zədə səbəbindən matçı buraxmalı olacaq.
“Lion”da isə yeganə itki Ernest Nuamahın adı ilə bağlıdır. Oyunu isveçrəli hakim Sandro Şörer idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.