"Mançester Yunayted" Maktomineyi yenidən "Old Trafford"a gətirməyi planlaşdırır
"Mançester Yunayted" sabiq yarımmüdafiəçisi Skot Maktomineyi yenidən heyətə cəlb etmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Mark Brus məlumat yayıb.
"Qırmızı şeytanlar"ın əsas hədəfi yayda 28 yaşlı oyunçunu yenidən "Old Trafford"da gətirməkdir.
Qeyd edək ki, Skott Maktominey bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 4 qol, 1 asistlə yadda qalıb.