"Mançester Yunayted" Mersisayd klubunun futbolçusunu istəyir

"Mançester Yunayted" "Everton"un sağ cinah vingeri İliman Ndiyayeni heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

25 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 21 matçda 4 qol, 2 asistlə yadda qalıb.

Qeyd edək ki, sözügedən forvardın transfer qiyməti 45 milyon avrodur.