"Mançester Yunayted" Meyno ilə bağlı qərar verdi

"Mançester Yunayted" ingiltərəli yarımmüdafiəçisi Kobi Meyno ilə yola davam etmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, "mankunyanlar" gənc oyunçuya yeni müqavilə təklif edəcək.

Bu haqda jurnalist Tayron Marşall məlumat yayıb.

20 yaşlı futbolçunun klubla hazırkı sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.