"Mançester Yunayted" müdafiəçisini itirə bilər

"Mançester Yunayted"in mərkəz müdafiəçisi Lisandro Martinez karyerasını "Barselona"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

28 yaşlı stopperin İngiltərə klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, L.Martinez "Mançester Yunayted"ə 2022-ci ilin yayında "Ayaks"dan 57 milyon avro qarşılığında transfer olunmuşdur.