"Mançester Yunayted" portuqaliyalı futbolçusu ilə vidalaşır
“Mançester Yunayted” Dioqu Dalotun satışını nəzərdən keçirir.
Sportline.az xəbər verir ki, İngiltərə klubunun futbolçunun mümkün satışı variantını dəyərləndirdiyi bildirilir.
"Fichajes" nəşrinin yaydığı məlumata görə, “Real Madrid”in Dalota marağı bu prosesi sürətləndirən əsas amillərdən biridir.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü cari mövsüm meydana çıxdığı 14 matçda 1 qol, 2 asistlə yadda qalıb.